İranda millət vəkili Abbas Beyqdelinin avtomobilinə atəş açılıb. Hadisə İranın şimalındakı Qəzvin əyalətində baş verib.


ARHD.AZ -ın “Tasnim” agentliyinə istinadən xəbərinə görə, bu barədə Qəzvin əyalətinin prokuroru Əli Əsgər Əsgəri məlumat verib.


Onun sözlərinə görə, deputatın avtomobilinə ov tüfəngi ilə atəş açılıb. Hadisə ilə bağlı iki nəfər şübhəli qismində saxlanılıb.


Araşdırma nəticəsində hadisənin terror xarakteri daşımadığı müəyyən edilib. İstintaq davam edir.

Baxış sayı: 3 221

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə