Rəsmi Tehran ABŞ Prezidenti Donald Trampın İranın raketləri və nüvə proqramı ilə bağlı iddialarına cavab verib.


“ARHD.AZ” xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqai “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib. 


O, ABŞ hakimiyyətinin İranla bağlı bəyanatlarını yalan adlandırıb: “Peşəkar yalançılar “həqiqət illüziyası” yaratmaqda mahirdirlər. “Yalanı tez-tez təkrar edəndə həqiqət olur” - bu, nasist Yozef Gebbelsin irəli sürdüyü təbliğat qanunudur. Onların İranın nüvə proqramı və ballistik raketləri, eləcə də yanvar iğtişaşları zamanı ölənlərin sayı ilə bağlı iddia etdikləri hər şey sadəcə “böyük yalanların” təkrarıdır. Bu yalanlar heç kimi aldatmamalıdır”. 


Xatırladaq ki, daha əvvəl Donald Tramp Konqres qarşısında çıxışı zamanı İranın ABŞ-ni vura biləcək raketlər üzərində işlədiyini bəyan etmişdi. 

Baxış sayı: 2 664

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə