İran Prezidenti Məsud Pezeşkian ABŞ-ni müxtəlif ölkələrin təbii sərvətlərini ələ keçirməyə çalışmaqda ittiham edib və İranın qarşıdurma tərəfdarı olmadığını bildirib.


“ARHD.AZ”ın məlumatına görə, dövlət başçısı bu barədə səfərdə olduğu Lorestan əyalətində vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşü zamanı danışıb.


Pezeşkian ABŞ-nin İranda demokratiya ilə bağlı narahatlıq ifadə etməsini aldadıcı adlandırıb:


“ABŞ açıq şəkildə Venesuelanın neftini ələ keçirmək istədiyini bildirib. Kanada və digər ölkələrə qarşı da oxşar münasibət sərgiləyir. Biz mübarizə aparmaq istəmirik. Hesab edirəm ki, müharibəni kənara qoymalıyıq. Lakin zor tətbiq olunarsa, biz təslim olmayacağıq”.

Baxış sayı: 2 546

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə