Rusiyanın 2-ci Qərb Dairə Hərbi Məhkəməsində “Crocus City Hall”da törədilmiş dəhşətli terror aktı ilə bağlı keçirilən prosesdə dövlət ittihamçısı təqsirləndirilən şəxslər üçün ən ağır cəzanı tələb edib.


“ARHD.AZ” TASS-a istinadən xəbər verir ki, bu barədə zərərçəkmişlərin vəkili Daniel Qotye məlumat verib.


Məlumata görə, prokuror terror aktının dörd birbaşa icraçısı – Şəmsiddin Fariduni, Dalerjon Mirzoyev, Məhəmmədsobir Fayzov və Səidakram Murodali Raçabalizodanın ömürlük azadlıqdan məhrum edilməsini və cəzanın xüsusi rejimli koloniyada çəkilməsini istəyib. Fevralın 16-da məhkəmə iş üzrə qapalı müzakirələrə başlayıb.


Xatırladaq ki, 22 mart 2024-cü ildə Moskva vilayətinin Krasnoqorsk şəhərində yerləşən “Crocus City Hall”da baş verən terror hücumu nəticəsində 149 nəfər həlak olub, 600-dən çox insan isə müxtəlif dərəcəli xəsarətlər alıb. Hadisə zamanı konsert zalına dəyən maddi ziyanın miqdarı təxminən 6 milyard rubl (təqribən 110 milyon manat) dəyərində qiymətləndirilir.

Baxış sayı: 2 784

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə