Norveçin Xarici İşlər Nazirliyi (XİN) bu ölkənin keçmiş baş naziri, Avropa Şurasının (AŞ) sabiq baş katibi Torbyorn Yaqlandın adının Epşteyn qalmaqalında hallanması ilə bağlı bəyanat yayıb.


Xatırladaq ki, “Epşyetn işi” çərçivəsində açıqlanmış sənədlər arasında Norveçin lqtisadi va Ətraf Mühit Cinayətlərinin Təhqiqi və Araşdırılması üzrə Milli Orqanı tərəfindan Yanqlanda qarşı cinayət mühakimə icraatının başlanılması ilə bağlı qərar qəbul edilib.


“ARHD.AZ”ın “Report”a istinadən məlumatına görə, XİN-in bəyanatında bildirilir ki, bununla bağlı qərarın icrası üçün T.Yaqlandın Avropa Şurasının sabiq baş katibi kimi sahib olduğu immunitetin ləğv edilməsi məqsədilə Norveçin Xarici İşlər Nazirliyi tərəfindən AŞ-nin Nazirlar Komitəsinə müraciət ediləcək.


Bəzi məlumatlara əsasən, sabiq AŞ Baş katibinin immunitetinin ləğv edilməsilə bağlı qərar layihəsinin AŞ Nazirlər Kabinetinin yaxın günlərdə keçiriləcək iclasının gündəliyinə daxil edilməsi planlaşdırılır. 

Baxış sayı: 2 940

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə