Avropa İttifaqı (Aİ) İran İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) terror təşkilatları siyahısına daxil edib.


“ARHD.AZ” xəbər verir ki, bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas sosial media hesabında məlumat yayıb.


Diplomat qeyd edib ki, Aİ xarici işlər nazirləri bu qətiyyətli addımla SEPAH-ın statusunu beynəlxalq terrorçu qruplaşmalarla bərabərləşdiriblər:


“Bu qərar rəsmi Tehranın son dövrlərdə nümayişçilərə qarşı tətbiq etdiyi amansız repressiyalara və regionda sabitliyi pozan fəaliyyətlərinə birbaşa cavabdır”.


Xatırladaq ki, sözügedən qərarla SEPAH-ın Avropadakı aktivlərinin dondurulması və qurumla hər hansı maliyyə-iqtisadi əlaqələrin qurulmasının qadağan edilməsi nəzərdə tutulur. Bu, Avropa Birliyinin Tehrana qarşı son illərdə atdığı ən sərt hüquqi addım hesab olunur.

Baxış sayı: 3 016

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə