Ağ Ev ABŞ Prezidenti Donald Trampın ikinci prezidentlik dövrünün birinci ili ərzində əldə olunmuş nailiyyətlərin əks olunduğu “365 günə 365 qələbə” adlı siyahı dərc edib.


“ARHD.AZ” xəbər verir ki, 10 bölmədən ibarət sənəd Ağ Evin rəsmi saytında dərc olunub. 


Azərbaycan və Ermənistan arasında sülhün əldə edilməsi istiqamətində vasitəçilik siyahıda 143-cü yerdə qeyd olunub və “Dünya arenasında Amerika liderliyinin bərpası” bölməsində yerləşdirilib. 


Sənəd Trampın andiçmə mərasiminin birinci ildönümünə həsr olunmuş brifinq zamanı təqdim olunub. 


“Tanrı mənim gördüyüm işlərdən qürur duyur, - o, brifinqdə çıxışı zamanı deyib.  


Xatırladaq ki, 2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ lideri Donald Tramp və Ermənistan Baş naziri Nikol Paşinyanla görüşü çərçivəsində “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair Saziş” layihəsi paraflanıb.


Onu da qeyd edək ki, D.Trampın 47-ci ABŞ prezidenti olaraq andiçmə mərasimi 2025-ci il yanvarın 20-də keçirilmişdi.

Baxış sayı: 3 427

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə