Rusiya Prezidenti Vladimir Putinin yaxın zamanlarda Türkiyəyə səfəri planlaşdırılır.


ARHD.AZ  xəbər verir ki, bu barədə “RIA Novosti” agentliyi türkiyəli diplomatik mənbəyə istinadla məlumat yayıb.


Bildirilib ki, Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında güclü və etibarlı dialoq mövcuddur. Bu dialoq iki ölkə arasında həm ikitərəfli münasibətlərin, həm də regional məsələlərin həllində effektiv rol oynayıb.


“Prezident Ərdoğan Putini Türkiyəyə səfərə dəvət edib və bu səfərin ən yaxın vaxtlarda baş tutacağı gözlənilir”, – deyə mənbə qeyd edib.


Xatırladaq ki, daha əvvəl də Vladimir Putinin 2026-cı ildə Türkiyəyə səfəri ilə bağlı məlumatlar yayılmışdı.

Baxış sayı: 2 684

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə