Kolumbiya hökuməti artan büdcə kəsirinin maliyyələşdirilməsi üçün fövqəladə vergi tədbirlərinin tətbiqi haqqında fərman imzalayıb.


ARHD.AZ "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, sənəddə varlı vətəndaşlar üçün əlavə vergilərin nəzərdə tutulduğu bildirilir.


Maliyyə naziri Xerman Avilanın sözlərinə görə, hökumət bu tədbirlər vasitəsilə 16 trilyon peso (təxminən 4.2 milyard dollar) toplamağı planlaşdırır.


Xatırladaq ki, dekabrın 17-də "Fitch" reytinq agentliyi Kolumbiyanın kredit reytinqini aşağı salıb. Agentlik buna səbəb kimi xroniki olaraq yüksək büdcə kəsirini göstərib.

Baxış sayı: 2 889

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə