Roma Papası XIV Leonun hər gecə alman dilini öyrənmək üçün “Duolingo” proqramından istifadə etdiyi məlum olub.


ARHD.AZ  xəbər verir ki, bu haqda “La Repubblica” yazır.


Vatikan məlumatı rəsmi olaraq şərh etməsə də, bu haqda Papanın qardaşı Con Prevost müsahibəsində bildirib.


Məqalədə deyilir ki, Papa hər gün yatmazdan əvvəl “Wordle” və “Words With” Friends, o cümlədən “Prevost” ilə onlayn oyunlar oynayır.


Papanın qardaşının dediyinə görə, 70 yaşlı XIV Leo tennis oynamağı da sevir. O, Apostol Sarayında təmir işləri başa çatdıqdan sonra orada idman zalının quraşdırılacağını qeyd edib.

Baxış sayı: 2 882

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə