ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə keçmiş Qarabağ münaqişəsi mövzusunda telefon danışığı aparması barədə danışıb.


ARHD.AZ  xəbər verir ki, Tramp bu haqda Vaşinqtonda keçirilən ABŞ-Səudiyyə Ərəbistanı İnvestisiya Forumunda çıxış edərkən bəhs edib.


Onun çıxışı isə Ağ Evin rəsmi yutub kanalında yayımlanıb.


“Mən bir çox müharibələrdə milyonlarla insanı xilas etdim. Azərbaycanda, orada nələrin baş verdiyini bilirsiniz. Mən bu problemi həll etdim. Bu, uzun illər davam edirdi. Putin mənə zəng edib dedi: “İnana bilmirəm, sən hər şeyi həll etdin; biz bunu uzun müddətdir həll etməyə çalışırdıq”. Mən dedim ki, “bu barədə narahat olma. Sadəcə imkan ver, sənin lənətə gəlmiş müharibəni (Ukrayna müharibəsi - red.) həll edim. Mənim köməyə ehtiyacım yoxdur”, - Ağ Evin rəhbəri bildirib.

Baxış sayı: 2 282

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə