ABŞ-də Obern-Hilz Şəhər Şurasına üzv seçilmiş Qreq Uellett səslərin hesablanması zamanı ürəktutmadan vəfat edib.
ARHD.AZ "New York Post" nəşrinə istinadən xəbər verir ki, şəhər rəsmiləri seçki məntəqələri bağlandıqdan sonra onun ölümünü elan ediblər.
Xəbərdə bildirilir ki, bu, onun 2023-cü ildə məğlub olduqdan sonra şəhər şurasına namizəd olmaq üçün ikinci cəhdi idi.
Uellett noyabrın 17-də şəhər şurasına seçilməsi ilə bağlı andiçmə mərasiminə qatılmalı imiş. Şuranın iclasında hörmət əlaməti olaraq, qalib namizədin yerini boş qoyacaqlar.






















