Fransalıların böyük əksəriyyəti Emmanuel Makronun iki prezidentlik müddətində apardığı siyasəti bəyənmirlər.


ARHD.AZ  "Le Figaro" nəşrinə istinadən xəbər verir ki, "Odoxa" sorğu mərkəzinin hesabatından sonra belə qənaətə gəlinib.


Respondentlərin əksəriyyəti prezidentlik səlahiyyəti 2027-ci ildə başa çatacaq Makronun siyasi fəaliyyətini davam etdirməsini istəmirlər.


Sorğu təxminən 1000 fransız arasında keçirilib.


Konkret olaraq, respondentlərin 89 faizi ölkə liderinin siyasətini "uğursuzluq" adlandırıb. Sorğuya qatılanların 77 faizinin 2017-ci və ya 2022-ci il seçkilərində Makrona səs verdikləri də bəlli olub.


Respondentlərin qənaətinə görə, dövlət başçısı mühüm siyasi irs qoymayaraq, siyasi səhnədən uzaqlaşacaq.

Baxış sayı: 2 795

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə