MHP lideri Devlet Bahçelinin Selahattin Demirtaşla bağlı "Onun azadlığa çıxması faydalı olardı" açıqlaması Türkiyə siyasətində ciddi müzakirələrə səbəb olub.


ARHD.AZ  "Türkiye" qəzetinə istinadən xəbər verir ki, uzun müddətdir həbsdə olan HDP-nin keçmiş sədri ilə bağlı bu gözlənilməz çıxış siyasi dairələrdə geniş rezonans doğurub.


Avropa İnsan Haqları Məhkəməsinin Demirtaşla bağlı qərarını yekunlaşdırması onun azadlığa buraxılması ilə bağlı gözləntiləri daha da gücləndirib.


Məsələyə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da münasibət bildirib: "Bu mövzuda məhkəmə nə qərar verərsə, ona əməl edəcəyik. Məsələ hüquqi əsaslarla qiymətini alacaq".

Baxış sayı: 2 884

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə