İranın Xarici İşlər Nazirliyi (XİN) Tehran və Vaşinqton arasında danışıqlar prosesinin başlaması barədə yayılan xəbərləri təkzib edib.
"Azad İran" "Telegram" kanalının yaydığı məlumata görə, bunu 3 noyabrda İran XİN-in sözçüsü İsmayıl Bəqayi deyib.
O, bildirib ki, müxtəlif vasitəçilərin səyləri və danışıqları bərpa etməyə çalışmaları adi və normal bir prosesdir: "Bəli, vasitəçilər arasında danışıqlar prosesi aparılır, ancaq bu, heç bir halda İran və ABŞ arasında danışıqlar prosesinin başlaması demək deyil".






















