“Bu insanlarla zarafat etmək olmaz”.


ARHD.AZ  xarici mediaya istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putin və Çin Sədri Si Cinpinə qarşı münasibətini şərh edərkən bildirib.


“Hər ikisi sərtdir. Hər ikisi ağıllıdır. Hər ikisi çox güclü liderdir. Bu insanlarla zarafat etmək olmaz. Onlara çox ciddi yanaşmaq lazımdır. Onlar gəlib “Ah, necə gözəl gündür? Baxın necə gözəldir. Günəş parlayır, necə də əladır” deyən insanlardan deyillər. Onlar ciddi insanlardır. Onlar sərt və ağıllı liderlərdir”, - o, jurnalistin kiminlə əlaqə saxlamağın daha çətin olması ilə bağlı sualını cavablandırarkən deyib.


Tramp həmçinin Putin üçün Alyaskada qırmızı xalça açılması ilə bağlı sualı da cavablandırıb.


“Mən hamı üçün qırmızı xalça açıram”, - deyə ABŞ lideri söyləyib.

Baxış sayı: 3 428

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə