ABŞ Prezidenti Donald Tramp Kanada ilə bütün ticarət danışıqlarının dayandırıldığını açıqlayıb.


ARHD.AZ -ın xəbərinə görə, Tramp bu barədə “Truth” sosial şəbəkəsində paylaşım edib.


Prezidentin sözlərinə görə, bu addım Kanadada ABŞ-nin keçmiş prezidenti Ronald Reyqanın tarif siyasəti ilə bağlı mənfi danışdığını göstərən saxta reklam çarxı yayımlanması ilə əlaqədardır.


“Ronald Reyqan Fondu Kanadanın saxta şəkildə Ronald Reyqanın tariflər haqqında mənfi danışdığını göstərən reklam çarxı yayımladığını açıqlayıb. Reklamın dəyəri 75 min dollar olub. Onlar bunu yalnız ABŞ Ali Məhkəməsinin və digər məhkəmələrin qərarlarına təsir etmək üçün etdilər. Tariflər ABŞ-nin milli təhlükəsizliyi və iqtisadiyyatı üçün çox vacibdir. Bu səbəbdən Kanada ilə bütün ticarət danışıqları dayandırılır”, - Tramp bildirib.

Baxış sayı: 2 968

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə