Macarıstan Ukraynaya hərbi yardım göstərmək niyyətində deyil. 


ARHD.AZ  xəbər verir ki, bu barədə Macarıstanın Baş naziri Viktor Orban Budapeştdə keçirilən “Sülh yürüşü”ndən sonra parlament binasının qarşısında çıxışı zamanı bildirib.


O, Avropa İttifaqı (Aİ) liderlərinin Macarıstanı Ukraynadakı münaqişəyə cəlb etməsinə icazə verilməyəcəyini deyib: 


“Biz pullarımızı verməyəcəyik, silahlarımızı verməyəcəyik və Ukrayna uğrunda ölmək üçün müharibəyə getməyəcəyik. Rusiya-Ukrayna müharibəsi bizim müharibəmiz deyil”, - hökumət başçısı söyləyib.

Baxış sayı: 3 173

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə