Hindistan Rusiyadan neft alışını məhdudlaşdıracaq.


ARHD.AZ -ın "Reuters"ə istinadən xəbərinə görə, bu barədə ABŞ Prezidenti Donald Tramp bildirib.


Tramp Hindistanın Baş naziri Narendra Modi ilə bununla bağlı danışdığını deyib. Söhbətin əsas mövzusu isə ticarət olub, prezidentlər, həmçinin enerji məsələsinə də toxunublar.


"Modi Rusiyadan çoxlu neft almaq niyyətində deyil", - deyə Tramp vurğulayıb.


Agentliyin qeyd etdiyi kimi, Hindistan və Çin dəniz yolu ilə daşınan Rusiya neftinin iki ən böyük alıcıları olaraq qalırlar.


Həmçinin oktyabrın 20-də Tramp bəyan etmişdi ki, Nyu-Delhi Rusiya neftini almağı dayandırmasa, "külli miqdarda rüsumlar" ödəməyə davam edəcək.

Baxış sayı: 3 302

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə