“Qəzzada qüvvəyə minən atəşkəsə Türkiyə, Qətər, Misir və Birləşmiş Ərəb Əmirlikləri başda olmaqla bir çox müsəlman ölkələri böyük töhfə verib”.


“arhd.az” xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp deyib.


“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan möhtəşəm idi. O, bu prosesə həqiqətən kömək etdi. Türkiyə liderinə çox hörmət edirlər. Onun çox güclü milləti, çox güclü bir ordusu var”, - o bildirib.


Atəşkəsin davam etməsi üçün bir çox səbəbin olduğunu vurğulayan Tramp qeyd edib: “İnsanlar bezib. Əsrlərdir insanlar bezib. Məncə, artıq hər kəs yerini bilir. Bu sülh həm İsrail, həm ətrafdakı müsəlman ölkələri, həm də hər kəs üçün əla olacaq”.

Baxış sayı: 2 600

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə