Finlandiyada NATO-nun Şimali Avropa Quru Qoşunları qərargahının açılışı olub

Bakı, 3 oktyabr, ARHD.AZ



Finlandiyada NATO-nun Şimali Avropa Quru Qoşunları qərargahının açılışı olub


Finlandiyanın Mikkeli şəhərində, Rusiya ilə sərhədə yaxın ərazidə, NATO-nun Şimali Avropa Quru Qoşunları qərargahı fəaliyyətə başlayıb.

ARHD.AZ xəbər verir ki, bu barədə Yle portalı məlumat yayıb. “Dövlətimizin müdafiəsinin təşkili bizim əsas maraqlarımızdan biridir. Hərbi Hava Qüvvələri və donanmanın inkişafı quru müdafiəsinin təşkili qədər təcili deyil”, - deyə Finlandiyanın müdafiə naziri Antti Hakkyanen portala müsahibəsində bildirib.

NATO Quru Qoşunları komandanlığının briqada generalı Kris Gentin sözlərinə görə, qərargah dinc dövrdə alyansa üzv ölkələrinin fəaliyyətini planlaşdıracaq və sinxronlaşdıracaq, həmçinin birgə təlimlərin hazırlanması və keçirilməsi ilə məşğul olacaq, müharibə zamanı isə Şimal Avropada fəaliyyət göstərən qoşunlara komandanlıq edəcək.

Qeyd edək ki, Sankt-Peterburqdan 300 kilometr məsafədə yerləşən Şimali Avropa Quru Qoşunları qərargahı NATO-nun Norfolk komandanlığına tabe olacaq.

Baxış sayı: 6 792

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə