İsrail İngiltərədə sinaqoqa olan hücuma görə Kir Starmeri günahlandırıb

London, 3 oktyabr, ARHD.AZ




İsrail İngiltərədə sinaqoqa olan hücuma görə Kir Starmeri günahlandırıb


İsrail Böyük Britaniyanın Baş naziri Kir Starmeri ölkədə “yəhudi əleyhinə zəhərli dalğanı cilovlaya bilməməkdə” günahlandırıb.

ARHD.AZ “The Telegraph”a istinadla xəbər verir ki, İsrailin xarici işlər naziri Gideon Saar sərt bəyanat yayaraq Böyük Britaniya hökumətini yəhudi əleyhinə nifrətin artmasına şərait yaratmaqda ittiham edib.

Qeyd edək ki, Mançesterin Hiton Park sinaqoqunda Yom Kipur mərasimi zamanı terror hücumu baş verib. Hadisə zamanı saxta intihar kəməri geyinmiş bir nəfər avtomobili izdihamın üzərinə sürüb, daha sonra bıçaqla ibadət edənlərə hücum edib. Bir neçə dəqiqə ərzində əraziyə çatan polis hücum edən şəxsi zərərsizləşdirərək öldürüb. Rəsmi məlumata görə, hücum nəticəsində 2 nəfər ölüb, 4 nəfər isə yaralanıb. Həlak olanların sinaqoqun içərisinə hücum edənin girməsinin qarşısını alan təhlükəsizlik işçiləri olduğu bildirilir.

Polisin məlumatına görə, hücum edən şəxs 35 yaşlı, Suriyadan olan Britaniya vətəndaşı Cihad Əl-Şami olub. O, uşaqlıqda Birləşmiş Krallığa gəlib və 2006-cı ildə vətəndaşlıq alıb.

Baxış sayı: 6 548

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə