Avropa “hava qalxanını” Kiyevə qədər genişləndirmək imkanını öyrənir

Bakı, 1 oktyabr, ARHD.AZ



Avropa “hava qalxanını” Kiyevə qədər genişləndirmək imkanını öyrənir


Avropa ölkələrinin şərq sərhədlərində yaratmağı müzakirə etdiyi “dron səddi” Qərbi Ukraynanı, hətta Kiyev üzərindəki hava məkanını da əhatə edə bilər.

ARHD.AZ xəbər verir ki, bu barədə “The Daily Telegraph” qəzeti yazıb.

“Yüksək vəzifəli bir qrup qərb siyasətçisi və hərbçisinin irəli sürdüyü variantlardan biri Rusiyadan buraxılan raket və pilotsuz uçuş aparatlarını zərərsizləşdirmək üçün Ukraynanın qərbi üzərindəki hava məkanını qoruyacaq müdafiə sisteminin qurulmasıdır. Gələcəkdə faktiki uçuşsuz zonası olacaq bu “qalxanı” Kiyevə qədər genişləndirmək mümkün ola bilər”, – deyə məqalədə qeyd olunur.

Nəşrin vurğuladığına görə, Avropa ölkələri, o cümlədən Böyük Britaniya qəbul etməlidir ki, onlara “ABŞ-ın minimal dəstəyi ilə” hərəkət etmək lazım gələcək. Eyni zamanda, bütün Avropa qitəsinin gələcəyinə təsir imkanları onun müdafiəsi üçün birbaşa hərbi güc tətbiq etməyə hazır olmasından asılı olacaq.

“Dron səddi” layihəsi Almaniya, Polşa, Finlandiya və Baltikyanı ölkələrin birgə təşəbbüsüdür. Layihənin məqsədi Rusiya ilə sərhəd boyunca çoxqatlı monitorinq vasitələri və pilotsuz uçuş aparatlarından müdafiə üzrə avtomatlaşdırılmış sistemlərin yerləşdirilməsidir. Hazırda layihə işlənmə və prototiplərin seçimi mərhələsindədir.

Baxış sayı: 7 335

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə