Litva Norveç və İsveçdən hava hücumundan müdafiə sistemləri alacaq

Bakı, 1 oktyabr, ARHD.AZ




Litva Norveç və İsveçdən hava hücumundan müdafiə sistemləri alacaq


Litva İsveç və Norveçdən hava hücumundan müdafiə sistemləri alacaq.

ARHD.AZ TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə Litvanın müdafiə naziri Dovile Şakalene məlumat verib.

“İsveçdəki hava hücumundan müdafiəmizi gücləndirmək üçün hazırda əlimizdə olan iki batareyaya əlavə olaraq “Saab Dynamics”dən üçüncü MSHORAD qısamənzilli hava hücumundan müdafiə batareyasını alacağıq”, - deyə o dördüncü NASAMS batareyasının Norveçdən alınacağını qeyd edib.

Bundan əlavə, Litva Ukrayna istehsalı olan dörd “Sky Fortress” PUA radarı və səs tanıma sistemləri alacaq.

D.Şakaliene əlavə edib ki, respublika Ukrayna təcrübəsinə əsaslanaraq hava hücumundan müdafiə sistemini inkişaf etdirir.

Ötən həftə Litva parlamenti orduya hava hədəflərini daha tez və asanlıqla vurmaq səlahiyyəti verib.

Baxış sayı: 6 791

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə