Media: Tramp Şimali Koreya lideri ilə ilkin şərt olmadan görüşməyə hazırdır

Bakı, 1 oktyabr, ARHD.AZ




Media: Tramp Şimali Koreya lideri ilə ilkin şərt olmadan görüşməyə hazırdır


ABŞ Prezidenti Donald Tramp Şimali Koreyanın dövlət başçısı Kim Çen Inla ilkin şərt olmadan danışıqlar aparmağa hazırdır.

ARHD.AZ xəbər verir ki, bu barədə “Yonhap” agentliyi Ağ Ev rəsmisinə istinadla məlumat yayıb.

Xatırladıb ki, ilk səlahiyyət müddətində Tramp Şimali Koreya lideri ilə üç dəfə görüşüb və bu, yarımadada vəziyyətin sabitləşməsinə töhfə verib. Agentliyin mənbəsinin sözlərinə görə, o vaxtdan bəri ABŞ-ın Şimali Koreya ilə bağlı siyasəti dəyişməyib. “Prezident Tramp heç bir şərt qoymadan Kim Çen Inla dialoqa açıqdır”, - deyə adı açıqlanmayan rəsmi bildirib.

“Yonhap” izah edir ki, Ağ Ev ilk dəfədir Amerika Prezidentinin ilkin şərtlər tələb etmədiyinə aydınlıq gətirir.

Baxış sayı: 5 679

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə