Tramp Karakası ABŞ-dan qovulan Venesuela vətəndaşlarını qəbul etməyə çağırıb

Bakı, 21 sentyabr, ARHD.AZ



Tramp Karakası ABŞ-dan qovulan Venesuela vətəndaşlarını qəbul etməyə çağırıb


ABŞ Prezidenti Donald Tramp Venesuela hakimiyyətini ABŞ-dan deportasiya edilən venesuelalı cinayətkarları geri almağa çağırıb.

ARHD.AZ xəbər verir ki, bu barədə Tramp “Truth” sosial şəbəkəsində yazıb: “Biz Venesuela hakimiyyətinin qəsdən ABŞ-a göndərdiyi bütün məhbusları və psixiatriya müəssisələrindən insanları dərhal qəbul etməsini istəyirik”.

Tramp iddia edib ki, bu Venesuela vətəndaşları minlərlə amerikalını öldürüb və ya onlara zərər verib.

ABŞ Prezidenti qeyd edib ki, əgər Karakas onun çağırışlarına məhəl qoymasa, o, “ağılasığmaz dərəcədə yüksək bədəl ödəyəcək".

Baxış sayı: 5 681

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə