Çin hərbi paradda ilk dəfə nüvə triadasını nümayiş etdirib VİDEO

Bakı, 3 sentyabr, ARHD.AZ





Çin hərbi paradda ilk dəfə nüvə triadasını nümayiş etdirib 


Pekində çərşənbə günü, sentyabrın 3-də keçirilən, yapon işğalına qarşı Çin xalq müqaviməti və İkinci Dünya müharibəsində qazanılmış Qələbənin 80-ci ildönümünə həsr olunmuş hərbi paradda ilk dəfə bu ölkənin nüvə triadası - quruda, dənizdə və havada yerləşən strateji raketlər nümayiş etdirilib.

ARHD.AZ Sinxua agentliyinə istinadla xəbər verir ki, triadaya “JingLei-1” hava əsaslı uzaqmənzilli raket, “JuLang-3” sualtı qayıqdan buraxılan qitələrarası raket, “DongFeng-61” quru əsaslı qitələrarası raket və yeni tip “DongFeng-31” quruda yerləşən qitələrarası raket daxildir.

Qeyd olunub ki, nüvə triadası ölkənin suverenliyini və millətin ləyaqətini qorumaq üçün Çinin strateji prioritet daşıyan gücüdür.

Baxış sayı: 7 901

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə