Türkiyədə istehsal olunan “İHA-122” raketləri maraq doğurub

İstanbul, 26 avqust, ARHD.AZ




Türkiyədə istehsal olunan “İHA-122” raketləri maraq doğurub


Türkiyə qurudan buraxılan TRG seriyalı raketlərin bəzi versiyalarını pilotsuz uçuş aparatlarından (PUA) atıla biləcək formada təkmilləşdirib.

ARHD.AZ xəbər verir ki, bunlardan biri olan “İHA-122” raketi üzərindəki idarəetmə dəsti ilə hədəfi dəqiqliklə vurmaq qabiliyyətinə malikdir. Bu sursat az xərc tələb edir və sürətli şəkildə istehsal oluna bilir.

Bu raketlər çox yüksək sürətə malik olduqları üçün düşmənin hava hücumundan müdafiə sistemləri tərəfindən çox gec müəyyən olunur ki, bu da əsas həlledici rol oynayır. Dünyada belə silahlara sahib ölkələrin sayı olduqca azdır. Türkiyə isə bunu PUA üzərindən edə bilən ölkələr siyahısında birincidir.

“Baykar” şirkətinin İdarə Heyətinin sədri Selçuk Bayraktar etdiyi paylaşımla bu növ strateji məhsullara diqqət çəkib. “Səsdən təqribən 4 dəfə sürətli və 100 min fut yüksəkliyə qalxan sursat buraxılır. Bu texnologiya dünyada yalnız bizdə var”, - deyə o bildirib.

Qeyd edək ki, “İHA-122” raketlərinə dünyada böyük maraq göstərilir.

Baxış sayı: 6 552

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə