Norveç Ukraynaya 700 milyon dollar həcmində hərbi yardım edib

Kiyev, 24 avqust, ARHD.AZ





Norveç Ukraynaya 700 milyon dollar həcmində hərbi yardım edib


Norveç Almaniya ilə birlikdə mülki əhalini və hərbi infrastrukturu Rusiyanın hücumlarından qorumaq üçün Ukraynaya “Patriot” və radar sistemləri verir.

ARHD.AZ Ukrayna mediasına istinadla xəbər verir ki, bu barədə Norveç hökumətinin rəsmi bəyanatında qeyd olunur.

Norveçin Baş naziri Jonas Qar Ştere bildirib ki, ölkə Ukraynanın hava hücumundan müdafiəsini gücləndirmək üçün təxminən 7 milyard Norveç kronu (təxminən 695,7 milyon dollar) ayırır.

Onun sözlərinə görə, Almaniya ilə birlikdə Norveç öz ərazisini və mülki əhalisini Rusiyanın hava hücumlarından qorumaq məqsədilə Ukraynaya dəstək vermək üçün güclü hava hücumundan müdafiə sistemləri təqdim edir.

Norveç və Almaniya iki “Patriot” sistemi üçün pul ödəyir.

Bundan əlavə, rəsmi Oslo alman istehsalı olan hava hücumundan müdafiə sistemlərinin alınmasına öz töhfəsini verir.

Baxış sayı: 6 547

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə