Tramp: ABŞ Ukraynaya təhlükəsizlik zəmanəti verə bilər

Vaşinqton, 15 avqust , AZƏRTAC

ABŞ Prezidenti Donald Tramp Birləşmiş Ştatların Avropa ölkələri ilə birlikdə Ukraynaya təhlükəsizlik zəmanəti təklif etməsi imkanının mövcud olduğunu açıqlayıb.

AZƏRTAC-ın məlumatına görə, bu barədə o, Alyaskada rusiyalı həmkarı Vladimir Putinlə görüşə gedərkən təyyarədə jurnalistlərə deyib. Lakin o, bu zəmanətin NATO şəklində olmayacağını bildirib.

O, sülh sazişinin bir hissəsi kimi Putinə torpaq güzəştə gedib-getməyəcəklərinin ukraynalıların ixtiyarında olacağını deyib. “Düşünürəm ki, onlar düzgün qərar verəcəklər. Mən burada Ukrayna üçün danışıqlar aparmaq, onları masa ətrafına yığmağa gəlmişəm”, - deyə Tramp əlavə edib.

Baxış sayı: 4 546

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə