Böyük Britaniyada 50 illik fasilədən sonra raket buraxılışı həyata keçiriləcək

London, 5 avqust, ARHD.AZ




Böyük Britaniyada 50 illik fasilədən sonra raket buraxılışı həyata keçiriləcək


Böyük Britaniyada son 50 il ərzində ilk dəfə olaraq raket buraxılışı baş tutacaq.

ARHD.AZ “Telegraph”a istinadla xəbər verir ki, bu ölkədə yerləşən “Skyrora” şirkəti Şotlandiyanın Şetland adasında yerləşən Saxavord kosmodromundan 16 vertikal buraxılış həyata keçirmək üçün ilk dəfə rəsmi lisenziya alıb. Bu, Böyük Britaniyada 1970-ci illərdə həyata keçirilmiş “Black Arrow” proqramından sonra ilk vertikal raket buraxılışı olacaq.

Şirkət gələcəkdə peykləri orbitə çıxarmaq üçün daha böyük raket hazırlamağı da planlaşdırır. Böyük Britaniyanın aviasiya və kosmos naziri Mayk Keyn bu hadisəni ölkənin kosmos sənayesində mühüm mərhələ adlandırıb.

Baxış sayı: 6 770

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə