Volodimir Zelenski: Rusiya iyulda Ukraynaya 4 minə yaxın “Şahed” dronu və təqribən 260 raketlə hücum edib

Kiyev, 1 avqust, ARHD.AZ




Volodimir Zelenski: Rusiya iyulda Ukraynaya 4 minə yaxın “Şahed” dronu və təqribən 260 raketlə hücum edib


İyul ayında Rusiya Ukraynaya təxminən dörd min “Şahed” hücum pilotsuz uçuş aparatı və 260-a yaxın müxtəlif tipli raketlə hücum edib.

ARHD.AZ bu barədə Ukrayna Prezidenti Volodimir Zelenskinin bəyanatına istinadla xəbər verir.

Prezident qeyd edib: “Təkcə iyul ayında ruslar Ukraynaya qarşı 5100-dən çox idarə olunan hava bombası, 3800-dən çox “Şahed” dronu, təqribən 260 müxtəlif tipli raketlərdən istifadə ediblər ki, onlardan 128-i ballistik olub. Bunu yalnız birlikdə - Amerika, Avropa və digər qlobal aktorların səyləri ilə birlikdə dayandırmaq olar”.

Zelenski qeyd edib ki, hazırda Ukrayna ilə tərəfdaşlar arasında hər bir qarşılıqlı əlaqə vacibdir. “Hər gün vacibdir. Ukraynaya kömək edən hər kəsə təşəkkür edirəm”, -deyə o bildirib.

Ukrayna Prezidenti qeyd edib ki, o, daxili işlər naziri İqor Klimenkonun hesabatını dinləyib. O əlavə edib ki, Kiyevdə dünənki hücumdan zərər çəkmiş ərazilərdə təcili bərpa işləri hələ də davam edir. Artıq bütün axtarış-xilasetmə işləri yekunlaşıb.

Baxış sayı: 6 760

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə