Çin Qazaxıstanda üçüncü atom elektrik stansiyası tikə bilər

Astana, 31 iyul, ARHD.AZ



Çin Qazaxıstanda üçüncü atom elektrik stansiyası tikə bilər


Çin Milli Nüvə Korporasiyası (CNNC) Qazaxıstanda üçüncü atom elektrik stansiyasının tikintisinin podratçısı ola bilər.

ARHD.AZ Qazaxıstan mətbuatına istinadla xəbər verir ki, bu barədə Baş nazirin birinci müavini Roman Sklyar məlumat verib. Onun sözlərinə görə, şirkət ikinci AES layihəsində də əsas tərəfdaş kimi nəzərdən keçirilir.

“Hazırda Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin və “Atom Elektrik Stansiyaları” şirkətinin mütəxəssisləri gələcək enerji blokları üçün yerlərin seçilməsi ilə bağlı hərtərəfli iş aparır”, - deyə o, vurğulayıb.

Xatırladaq ki, “Rosatom” ilk stansiyanı Almatı vilayətinin Jambil rayonunun Ulken kəndində tikməyi planlaşdırır.

Baxış sayı: 5 649

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə