Türkiyədə zəlzələ olub

İstanbul, 2 iyul, ARHD.AZ



Türkiyədə zəlzələ olub


Türkiyənin Mərmərə bölgəsində yerli vaxtla saat 13:57-də 4,3 bal gücündə zəlzələ olub.

ARHD.AZ xəbər verir ki, Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) məlumatına əsasən, yeraltı təkanların episentri Bursanın Gemlik rayonudur.

İstanbul başda olmaqla bir çox bölgədə hiss edilən zəlzələnin ocağının yerin 12,91 kilometr dərinliyində olduğu bildirilir.

Yeraltı təkanlarla bağlı açıqlama verən Türkiyənin daxili işlər naziri Ali Yerlikaya AFAD və ölkənin digər əlaqədar qurumlarının bütün heyətlərinin dərhal sahə araşdırmasına başladıqlarını bildirib.

Qeyd edək ki, son bir neçə gün ərzində mərkəzi Bursa olmaqla Türkiyədə bir neçə yeraltı təkan baş verib.

Baxış sayı: 9 678

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə