Ankara, 29 yanvar, ARHD.AZ
Azərbaycanın Ankaradakı səfirliyində Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri Akkan Suverin “Heydər Əliyevin 100 illiyi” medalı ilə təltif edilməsi mərasimi keçirilib.
ARHD.AZ mütəxəssislər, iki qardaş ölkənin ictimai xadimləri iştirak ediblər.
Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədrinə ali mükafatı ölkəmizin Ankaradakı səfiri Rəşad Məmmədov təqdim edib.
Diplomatik missiyanın rəhbəri Azərbaycan-Türkiyə əlaqələrinin möhkəmlənməsində Akkan Suverin çoxillik töhfəsini vurğulayıb.
Rəşad Məmmədov Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin rəhbərinin Ümummilli Lider Heydər Əliyevlə aralarında mövcud olmuş isti münasibətləri xatırladıb.
Səfir qeyd edib ki, bu gün yalnız iki Türkiyə vətəndaşı “Heydər Əliyevin 100 illiyi” medalı ilə təltif olunub ki, onlardan biri də Akkan Suverdir. “Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin belə yüksək mükafata layiq görülməsi, onun missiyasına olan yüksək etimadın göstəricisidir,” – deyə səfir bildirib.
Rəşad Məmmədov Azərbaycan rəhbərliyinin Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfi tərəfindən təşkil edilən tədbirlərə xüsusi önəm verdiyini diqqətə çatdırıb və Prezident İlham Əliyevin vəqfin təşkil etdiyi Avrasiya İqtisadi Forumunun iştirakçılarına hər il ünvanladığı müraciətləri xatırladıb.
Öz növbəsində, Akkan Süver bu mükafatı Azərbaycan-Türkiyə əlaqələrinin möhkəmləndirilməsinə töhfə verən bütün Türkiyə vətəndaşlarına göstərilən diqqətin simvolu kimi qiyimətləndirib.
“Öz adımdan və Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfi adından Prezident İlham Əliyevə göstərdiyi bu xüsusi etimada görə təşəkkür etmək istərdim. “Heydər Əliyevin 100 İlliyi” medalı Azərbaycan-Türkiyə münasibətlərinin inkifaf etdirilməsinə daha böyük töhfə verilməsi üçün stimuldur”, – deyə fond rəhbəri vurğulaylb.
O xatırladıb ki, “Heydər Əliyevin 100 illiyi” medalı bundan əvvəl Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin daha bir nümayəndəsinə, Türkiyə Böyük Millət Məclisinin deputatı Şamil Ayrıma təqdim edilib.
Tədbir Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin fəaliyyəti ilə bağlı müzakirələrlə davam edib. Akkan Suverin fəaliyyətinə həsr olunmuş film nümayiş etdirilib.