İranın Səhiyyə Nazirliyi: İndiyədək İsrailin hücumları nəticəsində 2800 nəfər yaralanıb

Bakı, 20 iyun, ARHD.AZ




İranın Səhiyyə Nazirliyi: İndiyədək İsrailin hücumları nəticəsində 2800 nəfər yaralanıb


İyunun 13-dən bəri İsrailin İran ərazisinə endirdiyi hava zərbələri nəticəsində azı 2800 nəfər yaralanıb, onlardan 2 mini artıq xəstəxanalardan buraxılıb.

ARHD.AZ xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyinin bəyanatında deyilir.

Məlumata görə, iyunun 20-də baş verən hücumlar nəticəsində altı təcili yardım maşını zədələnərək sıradan çıxıb, həmçinin 14 tibb işçisi yaralanıb, iki nəfər isə həlak olub. Nazirlik, eyni zamanda, İranda səhiyyə sahəsində heç bir problemin olmadığını bildirib.

Bir müddət öncə, İranın hakimiyyət orqanları paytaxt Tehrandakı xəstəxana binasının İsrail ordusunun raket atəşinə məruz qaldığı barədə məlumat yayıb.

Xatırladaq ki, iyunun 13-nə keçən gecə İsrail ordusu İrana kütləvi aviazərbələr endirməyə başlayıb. Zərbələr zamanı İranın nüvə obyektləri, generalları, nüvə fizikləri, aviabazaları, hava hücumundan müdafiə sistemləri və ballistik raketləri hədəf alınıb. Tehran isə buna cavab olaraq İsrailin hərbi bazalarına və sənaye obyektlərinə ballistik raket və PUA hücumu həyata keçirib. Hücumlar nəticəsində hər iki tərəfin mülki əhalisi arasında itkilərin sayı artır. Hazırda qarşılıqlı hava zərbələri davam edir.

Baxış sayı: 5 437

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə