
Bakı, 16 iyun, ARHD.AZ
İran dövlət televiziyası fəaliyyətini bərpa edib
İran dövlət televiziyası İsrail tərəfindən atılan raketlə zərbəsinə məruz qaldıqdan sonra yayımını dayandırmışdı. Lakin bir neçə saatdan sonra dövlət televiziyasının yayımı bərpa edilib.
ARHD.AZ İranın internet saytlarına istinadla xəbər verir ki, bu digər televiziya kanalları da ehtiyatda olan studiyalarda yayımlarını davam etdirirlər. Dövlət televiziyasına düşən raket zərbəsi nəticəsində yaralanan aparıcı Səhər Emami tibbi müayinədən keçdikdən sonra studiyaya qayıdaraq canlı yayımı davam etdirib.
İranın İRİB televiziyasının açıqlamasına əsasən, televiziyanın yayım antenasına dəyən zərər tez bir zamanda bərpa edilib.
İran Milli Yayım Təşkilatının rəhbəri Peyman Cəbəllin açıqlama verərək bildirib ki, həqiqətlərin yayılmasını istəməylər televiziyanı məhv etməyə cəhd edib. Lakin qəhrəman jurnalistlər öz peşələrinə sadiq qalaraq işlərini davam etdirirlər.
Nəzərə çatdıraq ki, İsrail ordusu açıqlama verərək İran televiziya kanallarını vuracağını bildirib. İlk zərbə dövlət televiziyasına endirildi.
İranın İRİB dövlət televiziyasının 5 kanalı var. Bundan başqa İRİNN, Press TV, İTN, Savalan TV, Səhənd və digər televiziya kanalları var. Həmçinin İranın yüzə yaxın internet televiziyası da var.
Bu saatlarda Təbriz şəhəri raket zərbəsinə məruz qalıb. Şəhərə düşən raket dağıntılara səbəb olub. Ölən və yaralananlar barəsində hələlik məlumat yoxdur. Eyni zamanda, paytaxt Tehran da raket zərbələrinə məruz qalır.
İsrail ordusunun açıqlama verərək bildirib ki, İranın qərbindəki infrastrukturu məhv edəcəyik. Bununla yanaşı, İsrail Baş nazirinin ofisindən məlumat verilib ki, sabahdan etibarən əhali üçün yeni sığınacaqlar inşa edilməsinə başlanılacaq.
Qarşılıqlı raket zərbələrinin endirilməsi davam edir.