Donald Tramp: Si Cinpinlə danışıqlar aparmaq çox çətindir

Bakı, 4 iyun, ARHD.AZ




Donald Tramp: Si Cinpinlə danışıqlar aparmaq çox çətindir


“Çin Xalq Respublikasının sədri Si Cinpin çox barışmaz mövqe tutur və onunla razılıq əldə etmək çox çətindir”.

ARHD.AZ xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp özünün sosial media hesabında yazıb.

Bir müddət öncə Ağ evin nümayəndəsi Karolin Livitt jurnalistlər üçün keçirilən brifinqdə yaxın günlərdə Donald Tramp və Si Cinpin arasında telefon danışığının baş tuta biləcəyini söyləyib.

Bundan əvvəl ABŞ-ın maliyyə naziri Skott Bessent də iki lider arasında ticarət məsələləri ilə bağlı telefon danışığının tezliklə baş tutacağını deyib.

Əldə olunan razılaşmaların çoxunun pozulduğunu iddia edən Donald Tramp Vaşinqton və Pekin arasında ticarət sazişlərini birbaşa Si Cinpinlə razılaşdıracağına ümidvar olduğunu bildirib.

Çin Ticarət Nazirliyi isə buna cavab olaraq ABŞ-ın hərəkətlərinin, o cümlədən çip ixracına nəzarət üzrə yeni qaydaların və tələbə vizalarının ləğvi ilə bağlı hədələrin Cenevrədə əldə olunan razılaşmalara zidd olduğunu və Çinin maraqlarına zərər vurduğunu bəyan edib.

Baxış sayı: 5 678

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə