İran XİN ABŞ-la danışıqlar formatının dəyişdirilməsini istisna edir

Bakı, 14 aprel, ARHD.AZ



Rəsmi Tehran ABŞ-la danışıqlar formatının dəyişdirilməsi ehtimalını istisna edir.

ARHD.AZ xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmail Bəqayinin sözlərinə görə, görüşlər yalnız vasitəçilərlə davam edəcək.

“Tərəflərdən birinin təhdidlərə əl atmağa davam etdiyi bir şəraitdə birbaşa danışıqlar faydasız və səmərəsizdir. Ona görə də biz əvvəllər seçilmiş formatdan istifadəni davam edəcəyik”, - deyə Bəqayi mətbuat konfransı zamanı bildirib.

Aprelin 12-də Omanda İranın nüvə proqramı ətrafında yaranmış vəziyyəti həll etmək üçün Tehran və Vaşinqton nümayəndələri arasında danışıqlar keçirilib. İran nümayəndə heyətinə xarici işlər naziri Abbas Əraqçi, ABŞ nümayəndə heyətinə isə prezidentin xüsusi nümayəndəsi Stiven Uitkoff başçılıq edib.

İran XİN-in məlumatına görə, görüş konstruktiv, sakit şəraitdə keçib və tərəflər məsləhətləşmələri davam etdirmək barədə razılığa gəliblər. Danışıqların ikinci turu aprelin 19-da olacaq.

Baxış sayı: 3 256

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə