22 mart 2025 ARHD.AZ

Uitkoff: Ukrayna rəhbərliyi prezident seçkilərinin keçirilməsinə razılıq verib


Ukrayna rəhbərliyi prezident seçkilərinin keçirilməsinə razılıq verib.

“ARHD.AZ” xəbər verir ki, bu barədə ABŞ Prezidentinin xüsusi elçisi Stiven Uitkoff amerikalı jurnalist Taker Karlsona müsahibəsində bildirib.

Sonuncu Rusiya tərəfinin “Ukraynanın hazırkı lideri seçilməyib və buna görə də bu ölkə ilə razılaşma bağlamaq mümkün deyil” mövqeyini səsləndirib.

“Sizcə, Ukraynada seçkilər keçiriləcəkmi?”, – jurnalist soruşub. “Bəli, onlar keçiriləcək. Onlar [Ukrayna rəhbərliyi] artıq buna razılıq veriblər. Ukraynada seçkilər keçiriləcək”, – Uitkoff cavab verib.

O həmçinin qeyd edib ki, növbəti həftə ərzində Qara dənizdə döyüş əməliyyatlarının dayandırılması haqqında saziş qüvvəyə minə bilər.

“Ukrayna Rusiya gəmilərini atəşə tutur, Rusiya Ukrayna gəmilərini atəşə tutur. İndi biz buna keçmişik və bu, növbəti həftə və ya təxminən o vaxt həyata keçiriləcək. Müzakirə edilməli bəzi təfərrüatlar var, lakin bu, söhbətin bir hissəsinə çevrilib. Bu vacibdir. Əslində, çox vacibdir”, – diplomat vurğulayıb.

Baxış sayı: 4 441

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə