Qriqori Karasin: Ər-Riyadda Rusiya ilə ABŞ arasındakı dialoq çətin, lakin faydalı oldu

Moskva, 25 mart, ARHD.AZ


Rusiya ilə ABŞ arasında Ər-Riyadda keçirilən dialoq çətin, lakin faydalı oldu.

ARHD.AZ xəbər verir ki, bu barədə Rusiya və ABŞ ekspert qrupları arasında Səudiyyə Ərəbistanının paytaxtında baş tutan danışıqları şərh edən Rusiyanın Federasiya Şurasının Beynəlxalq əlaqələr komitəsinin sədri Qriqori Karasin bildirib.

“Hər şey müzakirə edildi, zəngin, çətin dialoq oldu, lakin bizim və amerikalılar üçün çox faydalı oldu”, - deyə o vurğulayıb.

Q.Karasin deyib ki, bir sıra məsələlər üzrə razılığın əldə olunmamasına baxmayaraq, tərəflər beynəlxalq ictimaiyyətin, o cümlədən BMT və ayrı-ayrı ölkələrin iştirakı ilə danışıqları davam etdirəcəklər.

Baxış sayı: 2 504

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə