24 mart 2025   ARHD.AZ

KİV: Türkiyənin Aİ-yə üzvlüyü strateji zərurətdir və sürətləndirilməlidir


Türkiyənin Avropa İttifaqına (Aİ) üzvlüyü təhlükəsizlik və iqtisadi baxımdan strateji zərurətdir.

“ARHD.AZ” xəbər verir ki, bu barədə “EU Reporter” saytının dərc etdiyi hesabatda qeyd olunub.

Nəşrə danışan Aİ rəsmiləri bildiriblər ki, rəsmi Ankaranın üzvlük prosesi sürətləndirilməlidir. Buna əsas kimi Türkiyənin NATO-dakı açar rolu, regional təsiri və iqtisadi əhəmiyyəti göstərilib. Qeyd olunub ki, Türkiyə NATO üzvü olaraq Avropanın təhlükəsizliyi üçün vacib tərəfdaşdır.

Hesabatda Rusiya-Ukrayna müharibəsində Türkiyənin vasitəçilik roluna xüsusilə diqqət çəkilib: “Türkiyənin Aİ-yə üzvlük prosesinin sürətləndirilməsi ilə Brüssel güclü orduya və hərtərəfli kəşfiyyat qabiliyyətinə malik tərəfdaş qazanacaq".

Həmçinin vurğulanıb ki, Türkiyənin mümkün üzvlüyü Avropa üçün fürsətdir.

Baxış sayı: 5 457

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə