24 mart 2025  ARHD.AZ

Zelenski: Rusiya Trampın komandasındakı bəzi şəxslərə təsir etməyi bacarıb


Ukrayna Prezidenti Volodimir Zelenski hesab edir ki, Rusiya ABŞ Prezidenti Donald Trampın komandasındakı bəzi insanlara məlumatlar vasitəsilə təsir etməyi bacarıb.

“ARHD.AZ” xəbər verir ki, Ukrayna Prezidenti bunu “The Time” qəzetinə müsahibəsində qeyd edib.

Onun sözlərinə görə, məlumatlarda bildirilir ki, guya ukraynalılar müharibəni bitirmək istəmirlər və Kiyevi müharibəni sonlandırmağa məcbur etmək üçün nəsə etmək lazımdır.

"Düşünürəm ki, Rusiya Ağ Ev komandasındakı bəzi insanlara məlumat vasitəsilə təsir etməyi bacarıb. Amerikalılara verdikləri mesaj, ukraynalıların müharibəni bitirmək istəmədikləri və s. ilə bağlıdır", - V.Zelenski bildirib.

Baxış sayı: 4 346

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə