
Bakı, 24 mart, ARHD.AZ
Netanyahu və Rubio Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
İsrailin Baş naziri Benyamin Netanyahu və ABŞ-ın Dövlət katibi Marko Rubio telefonla Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər.
ARHD.AZ xəbər verir ki, bu barədə İsrailin hökumət başçısının ofisi məlumat yayıb.
"Tərəflər regionda baş verən son hadisələri, o cümlədən girovların azad edilməsi və Qəzza zolağında hərbi əməliyyatların bərpasını müzakirə ediblər. Dövlət katibi Rubio ABŞ-ın İsrailə və onun siyasətinə tam və qeyd-şərtsiz dəstəyini ifadə edib", - məlumatda deyilir.