Zelenski: Səudiyyə Ərəbistanında Ukrayna və ABŞ nümayəndə heyətlərinin görüşü texniki xarakter daşıyır

Kiyev, 24 mart, ARHD.AZ




Zelenski: Səudiyyə Ərəbistanında Ukrayna və ABŞ nümayəndə heyətlərinin görüşü texniki xarakter daşıyır


Səudiyyə Ərəbistanında Ukrayna və ABŞ nümayəndə heyətlərinin görüşü davam edir. Budəfəki danışıqlar daha çox texniki xarakter daşıyır.

ARHD.AZ xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski axşam müraciətində məlumat verib.

"Bu gün Ukrayna və Amerika heyətlərinin Səudiyyə Ərəbistanında ikinci görüşüdür. Bu dəfə daha çox texniki xarakter daşıyır - hərbçilərimiz, diplomatlarımız, Energetika Nazirliyinin nümayəndələri danışıqlarda iştirak edir", - deyə Zelenski qeyd edib.

Prezident bildirib ki, o, artıq Ukrayna müdafiə naziri Rustem Umerovla görüşü müzakirə etməyə nail olub.

"O, mənə görüş haqqında, danışıqların gedişi barədə məlumat verdi. Komandamız tam konstruktiv işləyir, söhbət kifayət qədər faydalıdır. Nümayəndə heyətlərinin işi davam edir", - deyə dövlət başçısı bildirib.

R.Umerov bildirib ki, görüş zamanı tərəflər enerji obyektlərinin və infrastrukturun təhlükəsizliyinə dair təklifləri müzakirə edirlər.

Baxış sayı: 6 577

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə