Kiyev, 23 mart, ARHD.AZ



Ukraynanın paytaxtı Kiyevə kütləvi hava hücumu edilib.

ARHD.AZ-ın xüsusi müxbirinin verdiyi məlumata görə, martın 22-si axşam saatlarından başlayaraq martın 23-nə keçən gecə boyu Kiyevdə hava hücumundan müdafiə sistemi işə düşüb, Ukrayna paytaxtında silsilə partlayış səsləri eşidilib.

Kiyev Şəhər Hərbi Administrasiyasının yaydığı məlumata görə, zərərsizləşdirilən kamikadze dronlarının düşməsi Kiyevin 5 rayonunda qeydə alınıb. Baş verən partlayış və yanğın nəticəsində azı 3 nəfər həlak olub, onlardan biri beş yaşlı uşaqdır. Səkkiz nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Kiyevə edilən hava hücumu nəticəsində mülki infrastrukturda, xüsusilə hündürmərtəbəli yaşayış binalarında yanğın qeydə alınıb.

Baxış sayı: 3 500

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə