Kanadanın yeni Baş naziri növbədənkənar parlament seçkiləri keçirmək barədə qərar qəbul edib

Vaşinqton, 23 mart, ARHD.AZ


Kanadanın yeni Baş naziri Mark Karni parlamenti buraxmaq və aprelin 28-də növbədənkənar seçkilər keçirmək barədə qərar qəbul edib.

ARHD.AZ-ın məlumatına görə, seçkilər ABŞ-la Kanada arasında gərginlik və ticarət müharibəsi fonunda baş verir və bu məsələnin seçkiqabağı kampaniyanın əsas mövzusu olacağı gözlənilir.

Daha əvvəl seçkilərin oktyabrın 20-nə qədər keçirilməli olduğu deyilirdi. Ekspertlər seçkinin erkən keçirilməsinin hakim Liberallar Partiyası üçün də faydalı olacağını ehtimal edirlər.

Seçki ilə bağlı qərar Mark Karni baş nazir kimi and içdikdən 9 gün sonra verilib. Onun bu marafonda əsas rəqibi Mühafizəkarlar Partiyasının lideri Pyer Pualevr olacaq.

Baxış sayı: 2 509

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə