ABŞ Prezidenti Donald Trampın çevrəsində ABŞ Dövlət Səmərəliliyi Departamentinin (DOGE) başçısı İlon Maskın mətbuata tez-tez müsahibə verməsinin lazım olub-olmadığı ilə bağlı şübhələr irəli sürülüb.

ARHD.AZ “NBC News”a istinadən xəbər verir ki, narahatlığın səbəbi Maskın Prezidentin mövqeyi ilə ziddiyyət təşkil edən və Respublikaçı Partiyasının üzvləri arasında gərginlik yaradan sosial təminat məsələləri ilə bağlı tənqidi fikirləri olub.

Ağ evdəki mənbələrə görə, Maskın bəyanatları təqaüdçüləri narahat etsə də, bunlar Tramp administrasiyasının siyasətinə təsir etməyəcək.

“Biz sosial təminata toxunmağı planlaşdırmırıq”, – telekanalın həmsöhbətləri vurğulayıb.

Daha əvvəl DOGE-dən bildirilib ki, Vaşinqton 120 yaşdan yuxarı 3,2 milyon ABŞ sakinini ölmüş kimi tanıyıb, halbuki onlar hələ də dövlət verilənlər bazalarında sağ kimi qeydiyyatda olublar.

Maskın özü hələ fevralda sosial təminat sistemində 120-dən 369 yaşa qədər olan insanlar haqqında qeydlərin olmasına diqqət çəkmişdi.

Baxış sayı: 3 516

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə