22 mart 2025 ARHD.AZ

İsrail Livanı cavab tədbirləri ilə hədələyib


Livan hökuməti onun ərazisindən İsrailə atılan hər raketə görə məsuliyyət daşıyır.

“ARHD.AZ” “Al Arabiya”ya istinadən xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri İsrael Kats bildirib.

İsrail ordusunun məlumatına görə, martın 22-də səhər saatlarında Livan ərazisindən İsrailin şimalına, xüsusən də sərhəddəki Metula kəndinə üç mərmi atılıb. Bütün raketlər hava hücumundan müdafiə qüvvələri tərəfindən məhv edilib.

Kats bildirib ki, o, hərbçilərə raket hücumlarına cavab olaraq müvafiq tədbirlər görməyə göstəriş verib.

İsrail ərazisinin Livandan atəşə tutulması ilə bağlı bugünkü hadisə ötən il noyabrın 27-də ABŞ və Fransanın vasitəçiliyi ilə əldə edilən atəşkəs razılaşmasından sonra ilk insident olub. Sənəddə BMT sülhməramlılarının dəstəyi ilə Livan ordusunun ölkənin cənub sərhədi boyunca yerləşdirilməsi və “Hizbullah” yaraqlılarının Litani çayından kənara çəkilməsi nəzərdə tutulurdu.

Baxış sayı: 5 433

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə