Astronomlar ən uzaq qalaktikada oksigen aşkarlayıblar

Bakı, 22 mart, ARHD.AZ



Astronomlar ən uzaq qalaktikada oksigen aşkarlayıblar


Astronomlar kainatın ən uzaq qalaktikası olan JADES-GS-z14-0-da oksigen aşkar ediblər. Bu mühüm kəşf erkən kainatda qalaktikaların formalaşmasının gözləniləndən daha sürətli baş verdiyini göstərir.

ARHD.AZ “Science Daily” saytına istinadla xəbər verir ki, JADES-GS-z14-0 qalaktikası keçən il Ceyms Uebb Kosmik Teleskopu (JWST) tərəfindən kəşf edilib. Qalaktika o qədər uzaqdır ki, onun işığı bizə 13,4 milyard ilə çatır, yəni biz onu kainatın yaşı cəmi 300 milyon il olduğu dövrdə görürük.

Tədqiqatçılar JADES-GS-z14-0-da gözləniləndən təxminən 10 dəfə çox ağır elementlər olduğunu müəyyənləşdiriblər. Bu, qalaktikaların ilkin təkamül mərhələlərinə dair yeni suallar yaradır.

İlk qalaktikalar və onların ulduzları böyük partlayışdan qısa müddət sonra formalaşıb və sürətlə inkişaf edib. Bu nəticələr erkən kainatdakı ulduz və qalaktika əmələgəlmə modellərinin yenidən nəzərdən keçirilməsini tələb edir.

Baxış sayı: 5 674

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə